Rəhbərlik

Sədr
Molulov Ramazan Əli oğlu
1963: anadan olmuşdur.
Təhsil
1985-1989: Azərbaycan Politexnik İnstitutunun Radiotexnika fakultəsində bakalavr təhsili alıb.
1999 - 2000: Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun riyaziyyat və İnformatika müəllimliyi ixtisası kursunun bitirib.
Karyera
1989-1991 : Azərbaycan Dövlət Layihə İnstitutunda mühəndis vəzifəsində çalışıb.
1991-1993 : Balakən rayon Maddi Texniki Təhcizat Bazasında mühəndis vəzifəsində çalışıb
1997-1999 : Balakən rayon Maddi Texniki Təhcizat Bazasında müdir müavini Ekspeditor kimi fəaliyyət göstərib.
2000 - ci ildən Balakən rayon Mazımçay kənd ümumi orta məktəbində riyaziyyat -informatika müəllimi işləyib.
2007 - ci ildən Balakən Rayon Təhsil Şöbəsinin əmri ilə Mazımçay kənd ümumi orta məktəbinə direktor vəzifəsinə təyin edilib
24 sentyabr 2009 - cu ildən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Balakən Rayon Komitəsinin komissiya üzvlərinin səsverməsi ilə sədr vəzifəsinə seçilib.
2017 - ci ildən Mazımçay kənd Dini İcma Qurumunun sədridir
2023 - cü ildən Balakən rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədridir
2012 - ci il 3 oktyabr 11/1004 №li Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə "Qabaqcıl Təhsil İşçisi " Nişanı
2013 - cü il 4 fevral tarixli 2695 nömrəli Azərbaycan Respublikası Prezidentinin sərancamı ilə " Tərəqqi " medalı ilə təltif edilib.
2021 - ci il 1 mart tarixli ATİAHİ Respublika Komitəsinin Rəyasət Heyətinin 28 nömrəli qərarına əsasən "Yubiley döş nişanı" ilə təltif edilib
Xarici dil , Rus dili
Ailəlidir, 3 övladı var.


