Xəbərlər
Şəhidlərin əziz xatirəsi Balakəndə ehtiramla anılıb 27 Sentyabr – Anım Günü ilə əlaqədar ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi Balakən rayonunda dərin ehtiramla yad edilib.

Şəhidlərin əziz xatirəsi Balakəndə ehtiramla anılıb 27 Sentyabr – Anım Günü ilə əlaqədar ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi Balakən rayonunda dərin ehtiramla yad edilib.
Şəhidlərin əziz xatirəsi Balakəndə ehtiramla anılıb
27 Sentyabr – Anım Günü ilə əlaqədar ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi Balakən rayonunda dərin ehtiramla yad edilib.
Anım mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, ictimaiyyət nümayəndələri, eləcə də Balakən rayonunun təhsil işçiləri iştirak ediblər.
Tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edərək Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın məzarları üzərinə gül dəstələri düzüb, onların əziz xatirəsini ehtiramla yad edib, ruhlarına dualar oxuyublar.
Saat 12:00-da şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Vətən uğrunda göstərdikləri qəhrəmanlıq və fədakarlığın xalqımızın yaddaşında daim yaşayacağı vurğulanıb.
Daha sonra rayon ərazisində şəhidlərimizin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində müxtəlif növ ağaclar əkilib, yaşıllıqlara qulluq göstərilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Balakən Rayon Komitəsi olaraq Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. Onların qəhrəmanlığı və əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Balakəndə qızıl medala layiq görülmüş məzunların valideynləri ilə görüş keçirilib 22 sentyabr 2026-cı il tarixində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən Rayon Təhsil Sektoru və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Balakən Rayon Komitəsinin birgə təşkilatçılığı ilə təhsillərini qızıl medalla başa vurmuş məzunlar Padarov Məhəmməd Ruslan oğlu və Muqumov Şamil Eldar oğlunun valideynləri ilə görüş keçirilib.

Balakəndə qızıl medala layiq görülmüş məzunların valideynləri ilə görüş keçirilib 22 sentyabr 2026-cı il tarixində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən Rayon Təhsil Sektoru və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Balakən Rayon Komitəsinin birgə təşkilatçılığı ilə təhsillərini qızıl medalla başa vurmuş məzunlar Padarov Məhəmməd Ruslan oğlu və Muqumov Şamil Eldar oğlunun valideynləri ilə görüş keçirilib.
Balakəndə qızıl medala layiq görülmüş məzunların valideynləri ilə görüş keçirilib
22 sentyabr 2026-cı il tarixində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən Rayon Təhsil Sektoru və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Balakən Rayon Komitəsinin birgə təşkilatçılığı ilə təhsillərini qızıl medalla başa vurmuş məzunlar Padarov Məhəmməd Ruslan oğlu və Muqumov Şamil Eldar oğlunun valideynləri ilə görüş keçirilib.
Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti sektorunun müdiri Alqış Həsrətov və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Balakən Rayon Komitəsinin sədri Ramazan Molulov iştirak ediblər.
Görüş zamanı Alqış Həsrətov və Ramazan Molulov məzunların valideynlərinə qızıl medalları və hədiyyələri təqdim edərək onları övladlarının qazandıqları yüksək nailiyyətlər münasibətilə təbrik ediblər. Çıxışlar zamanı məzunların əldə etdikləri uğurların onların əzmkarlığının, müəllimlərin fədakar əməyinin və valideynlərin davamlı dəstəyinin nəticəsi olduğu vurğulanıb.
Valideynlər çıxış edərək övladlarının təhsil uğurlarına göstərilən diqqət və qayğıya görə dövlətimizə, dövlətimizin başçısına, Elm və Təhsil Nazirliyinə, Şəki-Zaqatala Regional Təhsil İdarəsinə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına minnətdarlıqlarını bildiriblər.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.
Balakən rayon Uşaq-Gənclər Şahmat-İdman Məktəbində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Balakən Rayon Komitəsinin sədri Ramazan Molulovun iştirakı ilə məktəbin kollektivi və həmkarlar ittifaqı üzvləri ilə görüş keçirilib.

Balakən rayon Uşaq-Gənclər Şahmat-İdman Məktəbində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Balakən Rayon Komitəsinin sədri Ramazan Molulovun iştirakı ilə məktəbin kollektivi və həmkarlar ittifaqı üzvləri ilə görüş keçirilib.
Balakən rayon Uşaq-Gənclər Şahmat-İdman Məktəbində görüş təşkil olunub
Balakən rayon Uşaq-Gənclər Şahmat-İdman Məktəbində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Balakən Rayon Komitəsinin sədri Ramazan Molulovun iştirakı ilə məktəbin kollektivi və həmkarlar ittifaqı üzvləri ilə görüş keçirilib.
Görüş zamanı Ramazan Molulov ilk növbədə kollektivi yeni tədris ilinin başlanması ilə təbrik edib onlara yeni tədris ilində müvəffəqiyətlər arzulayıb. Daha sonra O, həmkarlar ittifaqının fəaliyyəti, təhsil işçilərinin sosial müdafiəsinin təmin olunması və onların əmək hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. O, son bir il ərzində görülən işlərə nəzər salaraq əldə olunan nailiyyətlər, üzvlərə göstərilən dəstək və qarşıdakı dövr üçün müəyyənləşdirilmiş prioritetlər barədə məlumat verib.
Tədbir çərçivəsində çıxış edən iştirakçılar həmkarlar ittifaqının təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması, onların hüquq və mənafelərinin qorunması istiqamətində həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndiriblər. Göstərilən diqqət və qayğıya, eləcə də təhsil işçilərinə verilən davamlı dəstəyə görə ETİHİ Respublika Komitəsinə və AHİK rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər
18 sentyabr 2026-cı il tarixində Balakən rayonu Gülüzənbinə kənd ümumi-orta məktəbində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Balakən Rayon Komitəsinin təşkilatçılığı ilə məktəbin həmkarlar ittifaqı üzvləri ilə görüş keçirilib.

18 sentyabr 2026-cı il tarixində Balakən rayonu Gülüzənbinə kənd ümumi-orta məktəbində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Balakən Rayon Komitəsinin təşkilatçılığı ilə məktəbin həmkarlar ittifaqı üzvləri ilə görüş keçirilib.
18 sentyabr 2026-cı il tarixində
Balakən rayonu Gülüzənbinə kənd ümumi-orta məktəbində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Balakən Rayon Komitəsinin təşkilatçılığı ilə məktəbin həmkarlar ittifaqı üzvləri ilə görüş keçirilib.
Görüşdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Balakən Rayon Komitəsinin sədri Ramazan Molulov çıxış edərək son bir il ərzində görülmüş işlər, əldə olunan nəticələr və həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. O, həmkarlar ittifaqı üzvlərinin əmək və sosial hüquqlarının qorunması, onların müraciətlərinə həssaslıqla yanaşılması, sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Eyni zamanda qarşıda duran əsas vəzifələr, gələcək fəaliyyət istiqamətləri və nəzərdə tutulan tədbirlər barədə fikirlərini bölüşüb.
Görüş zamanı ittifaq üzvlərini maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, onların təklif və müraciətləri dinlənilib. Təhsil işçilərinin əmək şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi və həmkarlar ittifaqının fəaliyyətinin daha da səmərəli təşkili ilə bağlı məsələlər müzakirə olunub.
Tədbirdə çıxış edən həmkarlar ittifaqı üzvləri görülən işləri yüksək qiymətləndirərək göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
16–17 sentyabr 2026-cı il tarixlərində Balakən rayonu Katex kənd 4 nömrəli tam orta ümumtəhsil məktəbi, Mazımçay kənd ümumi orta məktəbi və İtitala kənd orta məktəblərində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Balakən Rayon Komitəsinin təşkilatçılığı ilə həmin məktəblərin ittifaq üzvləri ilə görüş keçirilib

16–17 sentyabr 2026-cı il tarixlərində Balakən rayonu Katex kənd 4 nömrəli tam orta ümumtəhsil məktəbi, Mazımçay kənd ümumi orta məktəbi və İtitala kənd orta məktəblərində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Balakən Rayon Komitəsinin təşkilatçılığı ilə həmin məktəblərin ittifaq üzvləri ilə görüş keçirilib
16–17 sentyabr 2026-cı il tarixlərində Balakən rayonu Katex kənd 4 nömrəli tam orta ümumtəhsil məktəbi, Mazımçay kənd ümumi orta məktəbi və İtitala kənd orta məktəblərində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Balakən Rayon Komitəsinin təşkilatçılığı ilə həmin məktəblərin ittifaq üzvləri ilə görüş keçirilib
Görüşlərdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Balakən Rayon Komitəsinin sədri Ramazan Molulov çıxış edərək son bir il ərzində görülmüş işlər barədə geniş məlumat verib. O, həmkarlar ittifaqı üzvlərinin əmək və sosial hüquqlarının müdafiəsi, onların müraciətlərinə diqqətlə yanaşılması, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Eyni zamanda qarşıda duran əsas hədəflər və gələcək fəaliyyət istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşlər zamanı ittifaq üzvlərini maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, onların təklif və müraciətləri dinlənilib.
İttifaq üzvləri öz növbəsində çıxış edərək ETİHİ Respublika Komitəsinə və AHİK rəhbərliyinə minnətdarlığını bildiriblər
Sentyabrın 15-də Balakən rayonunun Bedağar kənd tam orta ümumtəhsil məktəbinin yeni binasının açılış mərasimi keçirilib.

Sentyabrın 15-də Balakən rayonunun Bedağar kənd tam orta ümumtəhsil məktəbinin yeni binasının açılış mərasimi keçirilib.
Sentyabrın 15-də Balakən rayonunun Bedağar kənd tam orta ümumtəhsil məktəbinin yeni binasının açılış mərasimi keçirilib.
Açılış mərasimində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Uşaq və Gənclərin inkişafı şöbəsinin Sektor müdiri Qeyrət Şirəliyev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Hafiz Pənahov, Balakən rayon təhsil sektorunun müdiri Mehparə xanım Mirzəyeva, Elm və Təhsil işçiləri Həmkarklar İttifaqı Balakən rayon Komitəsinin sədri Ramazan Molulov,məktəbin müəllim və şagird kollektivi, həmçinin valideynlər iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı şöbəsinin sektor müdiri Qeyrət Şirəliyev tədbir iştirakçılarını “Bilik günü” münasibətilə təbrik edib. Qeyd edib ki, ölkədə təhsil sahəsində həyata keçirilən layihələr nəticəsində təhsil müəssisələrinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilib. Həmçinin təhsildə əldə olunan uğurlardan və qarşıda duran əsas vəzifələrdən danışıb.
Daha sonra çıxış edən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Hafiz Pənahov yeni məktəbdə yaradılan şəraitin tədrisin keyfiyyətinə müsbət təsir göstərəcəyini qeyd edib, müəllim və şagird kollektivinə yeni tədris ilində uğurlar arzulayıb.
Açılışdan sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılmış şəraitlə tanış olublar.
Qeyd edək ki, məktəb binası 180 şagird yerlikdir. Yeni inşa edilmiş ikimərtəbəli məktəbdə kimya, biologiya və fizika kabinetləri də daxil olmaqla 21 sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, idman zalı, akt zalı, kitabxana, yeməkxana, hərbi təlim, tibb və arxiv otaqları yaradılıb. Həmçinin məktəbin həyətində şagirdlərin istifadəsi üçün həyət yanı stadion salınıb.
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.
Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.
Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.
Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.
ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib.
Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.
Balakəndə ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlarla görüş keçirilib

Balakəndə ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlarla görüş keçirilib
Balakəndə ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlarla görüş keçirilib
Sentyabrın 4-də Balakən Rayon İcra Hakimiyyətində 2026-cı ildə ali məktəblərə qəbul imtahanlarında 600 və daha yüksək bal toplayaraq yüksək nəticə göstərmiş məzunlarla görüş təşkil olunub.
Görüşdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Balakən Rayon Komitəsinin sədri Ramazan Molulov, Balakən rayonu üzrə Təhsil Sektorunun müdiri Mehparə xanım Mirzəyeva,Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, məktəb direktorları və yüksək nəticə göstərmiş məzunlar iştirak ediblər.
Tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev məzunları əldə etdikləri yüksək nəticələr münasibətilə təbrik edib, onlara gələcək təhsil həyatlarında yeni nailiyyətlər arzulayıb.
Sonda qəbul imtahanlarında 600 və daha yüksək bal toplamış məzunlara “Fəxri Fərman” və hədiyyələr təqdim olunub, görüş iştirakçıları ilə xatirə şəkli çəkdirilib.
Təhsil işçilərinin sentyabr konfransı

Təhsil işçilərinin sentyabr konfransı
Təhsil işçilərinin sentyabr konfransı
Avqustun 31-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Balakən rayonunda 2026–2027-ci tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Balakən RİH-nın İctimai-siyasi və Humanitar məsələlər sektorunun müdiri Fariz Nəcəfov, Azərbaycan Respublikasının Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Balakən rayon komitəsinin sədri Ramazan Molulov, məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri, qabaqcıl təhsil işçiləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Balakən rayonu üzrə təhsil sektorunun müdiri Mehparə Mirzəyeva açılış və tədbirin məqsədi,keyfiyyət fəaliyyət planı haqqında məlumat vermiş, rayon üzrə təhsil nəticələrinin analitik təqdimatını isə sektorun aparıcı məsləhətçisi Sevinc Musayeva təqdim etmişdir.Çıxışlarda təhsilin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və məktəblərdə səmərəli idarəetmənin təmin edilməsi ilə bağlı əsas vəzifələr vurğulanıb.
Sonda müəyyən edilmiş hədəflərin həyata keçirilməsi və təhsil göstəricilərinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü fəaliyyətin davam etdirilməsinin vacibliyi qeyd olunub.
Konfransların ikinci günü panel müzakirələri ilə davam etdiriləcək.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar
Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.
ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.
Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.
Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.
Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.
Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.
Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər
Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.
Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.
Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.
Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.
Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.
Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.
Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.
Yarışlar avqustun 30-dək davam edəcək.
15.07.2026-cı il tarixdə ETİHİ Balakən Rayon Komitəsi Şəki-Zaqatala Regional Təhsil İdarəsi Balakən Rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə çalışmanın yaş həddi çatmış Qazbinə kənd A. Əsgərov adına tam orta ümumtəhsil məktəbinin direktoru Əliyev Abdulla Zeynəddin oğlu, Roçəhməd kənd ümumi orta ümumumtəhsil məktəbinin direktoru Hüseynova Gülbiçə Həsən qızının yubiley tədbiri qeyd edilib

15.07.2026-cı il tarixdə ETİHİ Balakən Rayon Komitəsi Şəki-Zaqatala Regional Təhsil İdarəsi Balakən Rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə çalışmanın yaş həddi çatmış Qazbinə kənd A. Əsgərov adına tam orta ümumtəhsil məktəbinin direktoru Əliyev Abdulla Zeynəddin oğlu, Roçəhməd kənd ümumi orta ümumumtəhsil məktəbinin direktoru Hüseynova Gülbiçə Həsən qızının yubiley tədbiri qeyd edilib
15.07.2026-cı il tarixdə ETİHİ Balakən Rayon Komitəsi Şəki-Zaqatala Regional Təhsil İdarəsi Balakən Rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə çalışmanın yaş həddi çatmış Qazbinə kənd A. Əsgərov adına tam orta ümumtəhsil məktəbinin direktoru Əliyev Abdulla Zeynəddin oğlu, Roçəhməd kənd ümumi orta ümumumtəhsil məktəbinin direktoru Hüseynova Gülbiçə Həsən qızının yubiley tədbiri qeyd edilib.Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay xanım Mahmudova, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tədrisin keyfiyyəti sektorunun müdiri Alqış Həsrətov, ETİHİ Balakən Rayon Komitəsinin sədri Ramazan Molulov ,Balakən rayon üzrə Təhsil Sektorunun müdiri Mehparə xanım Mirzəyeva və sektor əməkdaşları iştirak edib. Tədbirdə çıxış edən Şəki-Zaqatala Regional Təhsil Sektorunun müdiri Günay xanım Mahmudova, Balakən rayon üzrə Təhsil Sektorunun müdiri Mehparə xanım Mirzəyeva, ETİHİ Balakən Rayon Komitəsinin sədri Ramazan Molulov öz çıxışlarında hər bir müəllimə can sağlığı,gələcək işlərində müvəffəqiyyətlər arzulayıb


